Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqnın Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov Belediyye.infoya bələdiyyə qulluqçularına əməkhaqqlarının vaxtında və tam şəkildə ödənilməsiylə bağlı maraq doğuran açıqlama ilə çıxış edib:
Qanunvericliyə söykənən açıqlamanı olduğu kimi təqdim ediirk:
- Məlumat üçün bildirirəm ki, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
ilk növbədə əmək haqqının məbləği və onun ödənilmə vaxtı əmək müqaviləsində qeyd etməklə elekton informasiya sisteminə yerləşdirilir. əmək müqaviləsində razılaşdırılmış əmək haqqı birtərəfli qaydada dəyişdirilə və azaldıla bilməz.
əmək haqqının ödənilməsi müddəti və bu müddətin pozulmasına görə məsuliyyət qanunvericilikdə aşağıdakı qaydada tənzimlənir.
- Azərbaycan Respublikasının əmək Məcəlləsi: Maddə 172. əmək haqqının verilməsi müddətləri
1-ci bənd: Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4-cü bənd: işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5-ci bənd: əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Azərbaycan Respublikasının əmək Məcəlləsi: Maddə 178. əməyin ödənilməsinin təminatları
1. işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Bununla yanaşı əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində müəyyən məsuliyyət tədbirləri, o cümlədən də işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla , qanun pozuntusuna yol verilməsinə görə vəzifəli şəxslərə 700 manatdan 1500 manatadək məbləğdə cərimənin tətbiq olunması nəzərdə tutulmuşdur.
Belediyye.info